Türkiyədə yanvarın ixrac həcmi indiyədək bu ay üzrə ən yüksək göstərici olub

301

Türkiyədə yanvar ayında ixrac ötən ilim müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq 17,6 milyard ABŞ dollarına çatıb. Bu rəqəm indiyədək bu ay üzrə ən yüksək göstərici olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş açıqlama verib.

Nazir bildirib ki, ölkədə idxal son illərin ən sərt və gözlənilməz qış şərtləri, eləcə də yanvar ayında enerji qiymətlərindəki artımlar nəticəsində 28 milyard dollar təşkil edib.

Keçən ilin statistikasına toxunan nazir deyib: “Türkiyə 2021-ci ili Orta Müddətli Proqramda (OVP) nəzərdə tutulan 211 milyard dollarlıq ixrac hədəfinin üzərində başa vurub”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul