AÇG və “Şahdəniz” üzrə gəlirlər açıqlanıb

279

Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” üzrə 1 fevral 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 156,056 mln. ABŞ dolları təşkil edib.

2022-ci il yanvar ayı ərzində isə AÇG yatağından 683.114 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.

“Şahdəniz” yatağı üzrə isə qazın və kondensatın satışından əldə olunan ümumi
gəlirlər (2007-ci ildən etibarən) 4,701 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.
“Şahdəniz” yatağından (qaz və kondensat) – (01.01.2022 – 01.02.2022 tarixinə):
149.899 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan
gəlirlər (01.01.2022 – 01.02.2022 tarixinə) 22.172 mln. ABŞ dolları olub.