Nigeriya sahillərində neft hasil edən “Trinity Spirit” tankerində baş verən yanğın nəzarət altına alınıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Nigeriyanın Ətraf Mühit Nazirliyi neft tankerində baş verən insidenti araşdırmağı planlaşdırır.
Xatırladaq ki, fevralın 3-də Nigeriya sahillərində yükgötürmə qabiliyyəti 2 milyon barel olan tankerdə yanğın baş verib. Yanğının ardınca qeydə alınan partlayışda 10 nəfər həlak olub. Ölənlərin hamısı gəminin ekipaj üzvləridir.