Bu şirkətlər işçi yığır: əmək haqqı 300-650-800-1000 manat – 18 VAKANSİYA

347

VAKANSİYA 1

Superfon

İşə qəbul üzrə aparıcı mütəxəssis

Son tarix 28 fev 2022 – [email protected]

Öhdəliklər:

  • Xidmət etdiyi biznes strukturlarında işə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin icrası, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
  • Xidmət etdiyi biznes strukturlarında əməkdaşların motivasiya siyasətlərinin tətbiqinə nəzarət və karyera planlamasının təşkili;
  • Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
  • Əməkdaşların nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımi qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında iş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılması.

Tələblər:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (İqtisadiyyat,İdarəetmə);
  • Dil bilikləri:Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dilini bilməsi üstünlükdür);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
  • Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 gün tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “İşə qəbul üzrə aparıcı mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 28.02.2022

VAKANSİYA 2

Ferrum Capital

Faktorinq üzrə kiçik mütəxəssis

Son tarix 02 mar 2022 – [email protected]

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-35 yaş aralığı
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət  
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı 
  • Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər

Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi

Əlavə məlumat:

  • Bazar ertəsi – Şənbə: 09:30 – 18:30
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

VAKANSİYA 3

Onur Plast

Mühasib

Son tarix 02 mar 2022 – [email protected] 

İşin təsviri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • İşçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
  • AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi)-ya sənədlərin paket halında yiğılıb təslim edilməsi
  • Günlük kassaya nəzarət edilməsi və rəhbərliyə hesabatın verilməsi
  • 6 günlük iş qrafiki.

Namizədə tələblər:

  • 1C 8.3, Word,Excell proqramlarında işləmək bacarığı
  • LOGİX proqramını bilənlərə üstünlük verilir
  • Məsuliyyətli, Punktual, Etibarlı
  • Həm müstəqil, həm də bir komanda daxilində işləmək bacarığı
  • Çox mütəşəkkil və detallı yönümlü olmaq
  • Telefon və e-poçt vasitəsi ilə danışıqlar aparmaq və peşəkar münasibətlər qurmaq
  • Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı
  • Rəhbərliyin göstərişlərinə riayət etmək

Kişi namizədlərinə üstünlük verilir.

VAKANSİYA 4

AZ FP Co LTD

Çatdırılma şöbə rəhbəri

Son tarix 02 mar 2022 – [email protected]

Namizədin vəzifə öhdəlikləri:

  • Logistikanın  ümumi nəzarəti;Yol hərəkətinin təhlükəsizlik qaydalarını gözləmək və hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli və effektli istifadəsini təmin etməklə yüklərin (sərnişinlərin) daşınması üzrə qoyulmuş plan tapşırıqların yerinə yetirilməsini təmin etmək.
  • Çatdırıla bilməyən malların səbəbini araşdırıb məlumatın vermək; Nəzarət rəqəmlərinin işlənib hazırlanmasında, onların razılaşdırılmasında və avtonəqliyyat müəssisələrinə çatdırılmasında iştirak etmək, daşımaların təşkili metodlarını və mütərəqqi texnologiyaların işlənib hazırlamaq və tətbiqinə rəhbərlik etmək və günlük region sifarişlərin təşkil etmək.
  • İstehsal olunmuş məhsulların yüklərin, həcm və istiqamətlərinin aşkar olunmasını təşkil etmək. Xidmət olunan regionda nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsilə bağlı işlərə rəhbərlik etmək.
  • Nəqliyyat vasitələrinin əraziyə vaxtında çıxıb çıxmamasının yoxlanışını keçirmək;
  • Günlük sifarişlərin ünvana çatdırılması ilə bağlı hesabatın hazırlamaq; Daşınmalar üzrə plan tapşırıqlarının yerinə yetirilməsi gedişatına və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət və onları təhlil etmək.
  • Əraziyə çıxmayan nəqliyyat vasitələrinin səbəbini araşdırmaq və bu barədə lazımi strukturlara məlumatın vermək; İstehsal mallarının daşınmalar qaydalarına əməl olunmasında, tariflərin düzgün tətbiqinə nəzarətin təşkilində, yol sənədlərinin tərtibatında, istehsal olunmuş məhsulların və yük daşımalarının yerinə yetirilməsi üçün məsafələrin təyin edilməsində iştirak etmək.
  • Şöbə işçilərinə rəhbərlik etmək; Bütün işçilərin SƏTƏM üzrə müvafiq təlim və təlimatlarını təşkil etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • 3-5 ilədək uyğun sahədə iş təcrübəsi
  • Logistika proseslərinin təşkili, daxili intizam qaydaları, avtonəqliyyatın müəssisəsinin istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları haqqında məlumatlı olması
  • MS Office yaxşı səviyyədə bilməsi
  • Ezamiyyətə gedə bilməsi

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Çatdırılma şöbə rəhbəri” qeyd etməklə göndərə bilərsiniz

VAKANSİYA 5

Resant Group

Mühasib

 Son tarix 02 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
  • Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
  • Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:

  • Təhsil-Ali;
  • 1C, Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
  • Həmin sahədə ən azı 3  il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmağı;
  • Xanım namizədlərə üstünlük veriləcəkdir;
  • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:

  • İş vaxtı: həftədə 5 gün;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı 800-1000 AZN .

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini göndərə bilərlər.

VAKANSİYA 6

City Finance BOKT

Lombard kreditləri üzrə kiçik mütəxəssis

Son tarix 02 mar 2022 – [email protected]

Hansı özəlliklərə malik olmalıdır?

  • 21-29 yaş aralığı
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət  
  • Yüksək ünsiyyət qurma və müştəriyönümlülük
  • Komandada işləmək bacarığı
  • MS Excel üzrə biliklər

Lombard kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştərilərin lombard krediti şərtləri barədə məlumatlandırılması 
  • Zənglər vasitəsi ilə müştəri cəlb edilməsi
  • Kredit üzrə müraciətlərin qəbul və analiz edilməsi
  • Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi 

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Lombard kreditləri üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

VAKANSİYA 7

AGRO – WEST DC LLC

Maliyə analitiki

Son tarix 02 mar 2022 – [email protected]

İş yeri: Bakıxanov qəsəbəsi

Əmək haqqı: Müsahibə əsasında formalaşacaqdır.

Vəzifələri:

  • Profit&Loss, Balance sheet, Cash flow hesabatlarını hazırlamaq;
  • Forecast hesabatlarının hazırlanması;
  • Accounts payable aging hesabatlarının hazırlanması;
  • Ödəniş təqvimlərinin hazırlanması;
  • Hər bir məhsul üzrə aylıq hesabatları çıxarmaq, satış məbləği ilə maya dəyərini müqaisə edərək;
  • Satış planı ilə faktiki satışları müqaisə etmək, uyğunsuzluqların səbəblərini araşdırmaq və rəhbərliyə hesabat təqdim etmək.
  • Məhsulların maya dəyərlərinin düzgün formalaşmasına nəzarət etmək;
  • Büdcə xərcləri ilə faktiki xərcləri müqaisə etmək və kənarlaşmaların səbəbini müəyyən etmək;
  • Xərclərin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq;
  • Xərclərin smetasını hazırlamaq;
  • Debitor və kreditor hesabatlarını hazırlamaq;
  • Kreditor borcların təhlili, ödəmələrin xarakterini, məbləğini və müddətini aydınlaşdırmaq və sistemləşdirmək;
  • Tələb olunan bütün idarəetmə hesabatlarının operativ hazırlanması;
  • Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Büdcələrin hazırlanması;
  • Maliyyə hesabatlarının hazırlanması üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • Həvalə olunmuş biznes vahidlərinin maliyyə fəaliyyətlərinə nəzarət etmək

Namizədə olan tələblər:

  • Аli iqtisаd təhsili
  • Mаliyyə sаhəsində üç ildən аz оlmаyаrаq iş təcrübəsi
  • Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS)
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
  • Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri;.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Maliyyə analitiki” yazaraq mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 8

Vergi üçotu üzrə mütəxəsis

 Son tarix 02 mar 2022 – [email protected]

Vakansiya barədə məlumat:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
  • Mənfəət və zərər hesabatının tərtib edilməsi;
  • Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
  • Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
  • Debitorlar üzrə qalıqların yoxlanılması;
  • Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
  • Proqnoz balansının hazırlanması;
  • Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • Komanda ilə işləmə bacarığının olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı
  • Logo Unity proqram biliyinin olması arzu olunandır.

Müraciət qaydaları: CV-ni elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edilir.

VAKANSİYA 9

Zeytun Pharmaceuticals

Marketinq üzrə Menecer

 Son tarix 02 mar 2022 – [email protected] 

Tələblər:

  • Ali təhsil;
  • Marketinq sahəsi üzrə 3-5 il iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı;
  • Azərbaycan dili, Rus və İngilis dili üzrə biliklər;

Vəzifə öhdəlikləri:

  • Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
  • Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
  • Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
  • Yerli və xarici satış kanallarının (İnternet, web portallar vasitəsi ilə) müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
  • Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması;
  • Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi;
  • Digital Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi;
  • Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
  • Tələbat olmayan malların və xidmətlərin bazara təqdim edilməsinin məhdudlaşdırılması;
  • Şirkət strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul  və xidmətlərin təklifinin hazırlanması;
  • İstifadə olunan saytların effektivliyinin artırılması;

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
    Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

VAKANSİYA 10

Mobil Group

Marketinq üzrə mütəxəssis

 Son tarix 02 mar 2022 

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq fəaliyyətinin təşkilində iştirak edilməsi;
  • Marketinq planı icrasının təmin edilməsi; 
  • Marka imici və xidmət keyfiyyətinin yüksəldilməsi, satış həcminin artırılması üçün təkliflərin hazırlanması;
  • Mütəmadi olaraq bazar mühiti və rəqib fəaliyyətinin dəyərləndirilməsi, analitik təhlillərin aparılması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi;

Tələblər:

  • Yenilikçi və yaradıcı olmaq
  • Analitik düşünmə qabiliyyəti
  • Sosial şəbəkələrlə işləmə bacarığı
  • İngilis və ya Rus dili bilməsi
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • Ali təhsil (Marketinq üzrə olması üstünlükdür) 
  • Əmək haqqı müsahibə əsasında təyin edilir.

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.

VAKANSİYA 11

Kontakt Home

Operator

Son tarix 02 mar 2022  – [email protected]

Vəzifələr:

  • Daxil olan telefon zənglərinə cavab vermək;
  • Kompyuterdə zənglərin qeydiyyatını aparmaq;
  • Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Zəruri Tələblər:

  • Ali təhsilli;
  • Azərbaycan və Rus dillərini səlis bilməli;
  • Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş səs tonuna malik olmalı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətli və inkişafa meyilli olmalı;
  • Emosiyalarını idarə edə bilməli;
  • Stresə davamlı olmalı.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

VAKANSİYA 12

Wentto

Satış nümayəndəsi (Lənkəran filialı)

Son tarix 02 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mağazaya daxil olan alıcıları qarşılamaq, onlarla doğru ünsiyyət yaratmaq və tələbatlarını öyrənmək;
  • Alıcıların tələbatına uyğun olaraq onları doğru istiqamətləndirmək,kampaniya və məhsullar haqqında dolğun məlumatlandırmaq;
  • Satış zamanı məhsul alıcıya təqdim olunarkən dəqiq yoxlamaq, məhsulun zəmanət və servis xidmətləri haqqında alıcılara ətraflı məlumat vermək;
  • Alıcıların şikayət və  təkliflərini nəzərdən keçirmək ,aidiyyatı üzrə mağaza inzibatçısına məlumat vermək;
  • Mağazanın satış hədəflərinin tamamlanmasında aktiv iştirak etmək;
  • Mağazanın vitrin və daxili anbarında mövcud olan mal qalığından xəbərdar olmaq,təyin olunan dövrlər üzrə sayım proseslərində iştirak etmək;

Tələblər:

  • Azərbaycan dilini səlis bilməli,xarici dil bilikləri üstünlükdür;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və məsuliyyət göstəriciləri önəmlidir;
  • Müştərilərlə davranış etikası. 

Müraciət qaydaları:

Müraciət etmək üçün CV-nizi elektron poçt ünvanına mövzu hissəsində – “Satış nümayəndəsi yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 13

ERS-Komplekt

Tender specialist

Son tarix 02 mar 2022 I

Требования к специалисту:

  • Знание в совершенстве русского и азербайджанского языка.
  • Умение работать с документацией с юридической, технической документацией.
  • Наличие навыков делопроизводства
  • Знание тендерной, технико-коммерческой документации и подготовка документов для подачи 
  • Посещать совещания по техническим разъяснениям и выезды на объекты, запланированные клиентами, по запросу
  • Изучение пунктов контрактов, принятие участия в переговорах по контракту, предоставление информации, советы и обсуждение с руководителем возможных решений и коммерческих вопросов.
  • Консультирование отдела продаж относительно стоимости тендера, стоимости перепродажи и технических требований в соответствии с требованиями тендера.
  • Регистрация входящих тендеров и запросов предложений, выпуск/представление коммерческого предложения клиенту и подготовка ежемесячной базовой статистики. Отчет со статусом
  • Вести переговоры с заказчиками, чтобы получить лучшие конкурентоспособные цены и обеспечить лучшие условия.
  • Анализ и обновление данных, связанных с поставщиками, оценка и предварительная квалификация существующих и новых поставщиков, а так же регистрация их для появления в списке утвержденных поставщиков.

Требования:

  • Высшее образование в области бизнеса, техники, инженерии или эквивалентное
  • 5-летний опыт работы в сфере продаж/коммерческой деятельности, из них не менее 3-х лет в тендерах.
  • Опыт работы в нефтегазовом секторе, строительстве и сфере услуг
  • Сильные аналитические и координационные способности
  • Работать самостоятельно и активно
  • Сильные навыки работы в команде, административные и отчетные навыки
  • Грамотное владение письменным и разговорным азербайджанским и руским языками  (желательно английским)
  • Уверенный пользователь MS Office ( Excel, Word, PP, Outlook) 

Условия:

  • Конкурентноспособная зарплата и годовые бонусы. Уровень оклада определяется индивидуально в зависимости от компетенций соискателя. 
  • Режим работы с понедельника по пятницу с 09:00 до 18:00
  • Оплата мобильной связи 
  • Необходимые тренинги 

VAKANSİYA 14

Kontakt Home

Mağaza direktorunun köməkçisi

 Son tarix 02 mar 2022 – [email protected]

Təsvir:

  • Mağaza rəhbərinə inzibati dəstək;
  • Sənədlərin və qiymətlərin çap olunması;
  • Məhsulların düzgün yerləşdirilməsinə nəzarət;
  • Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət;
  • Mağaza üçün təsərrüfat sifarişlərinin verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnzibati sahədə iş təcrübəsi – 1 il;
  • Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
  • Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərilərlə davranış etikası.

VAKANSİYA 15

PASHA Technology

Maliyyə hesabatları üzrə rəhbər

Son tarix 15 fev 2022 – [email protected]

 Əsas öhdəliklər:

  • Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
  • Kənar auditorlarla işlərin koordinasiyası;
  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
  • Daxili hesabat sistemini inkişaf etdirmək və bu prosesin davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının (1 C) işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
  • Mühasibat uçotu üzrə gündəlik fəaliyyətləri idarə etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
  • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
  • ACCA / CPA üstünlük verilir;
  • AR Vergi Qanunvericiliyi və Vergilər Məcəlləsi biliyinə üstünlük verilir.

Təcrübə:

  • Bu sahədə azı 5 il iş təcrübəsi;
  • Professional Mühasib təcrübəsinin olması;
  • “Böyük dördlük” şirkətlərində 2-3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək
  • 1 C proqramı ilə iş təcrübəsi;
  • MHBS üzrə hesabat hazırlama təcrübəsi;
  • MS Excel proqramını mükəmməl bilmək;

Bacarıqlar:

  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; 
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

Son müraciət tarixi: 15 Fevral 2022-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

VAKANSİYA 16

Caspos MMC

Mühasib

 Son tarix 02 mar 2022 – [email protected]

Məsuliyyət və vəzifələr:

  • Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
  •  Cəmiyyət üzrə  kreditorlarların uçotunu  aparır;
  • Cəmiyyət üzrə  debitorların  uçotunu aparır;
  • Cəmiyyətin  əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
  • Aylıq  əmək  haqqını hesablayır;
  • Əmək haqqı ilə bağlı ayırmaları hesablayıb, təyinat üzrə ödəyir;
  • Bank sənədlərini tərtib edir;
  • Kassa  uçotuna  nəzarət edir;
  • Müvafiq müxabirləşmələri  verir.

Tələblər:

  • Ali təhsil
  • Mühasibat proqramlarını  (1C)  bilmək və  kompüterdə işləmək bacarığı
  • Qeyd olunan peşədə azı 2 il əmək stajı

Fərdi keyfiyyətlər:    

  • Məsuliyyətlilik
  • Diqqətlilik
  • Səliqəlilik

Məşğulluq: Tam

VAKANSİYA 17

Zeytun Pharmaceuticals

Biznes inkişafı üzrə mütəxəssis

Son tarix 02 mar 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya Marketinq)
  • Satış və ya marketinq üzrə  3 il iş təcrübəsi 
  • Azərbaycan, Rus və İngilis dilləri sərbəst bilməli
  • Microsoft Office proqramlarından istifadə bacarığı
  • Maliyyə üzrə biliklər
  •  Analitik hesabatların hazırlanması
  • Bazar araşdırmasının və qiymət analizinin həyata keçirilməsi
  • Dəqiqlik 
  • Operativlik

Vəzifə öhdəlikləri:

  • Yeni istehsalçıların müəyyən edilməsi
  • Proqnozlaşdırma proseslərində iştirak etmək, büdcə, maliyyə və layihə hesabatlarının aparmaq
  • Marketinq və biznesin inkişafında yeni dərman preparatlarının araşdırılması; 
  • Yeni dərman şirkətlərinin araşdırılması və onlarla müqavilə bağlamaq;
  • Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq 
  • Analitik hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim olunması

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

VAKANSİYA 18

Halal – P

Satış meneceri

 Son tarix 02 mar 2022 

Tələblər:

  • Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq. 
  • Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil – çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
  • Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
  • daimi müştərilərin qorunub saxlanılması;
  • kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
  • məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
  • CRM -də müştəri bazasının saxlanılması;
  • xüsusi hesabatların aparılması;
  • çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  1. CV – bənzər bir təcrübənin varlığına baxırıq
  2. Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
  3. Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

  • yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
  • menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən. 
  • Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et! 

Aylıq fiks əmək haqqı: 650 – 850 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə göndərməyi unutma. 

Bizimlə iş şən və perspektivlidir!

fed.az