Bakıda və Abşeron yarımadasında fevralın 8-i günün ikinci yarısından 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, 9-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı məlumatda bildirilib.
Azərbaycanın rayonlarında fevralın 8-i gündüzdən 10-su səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, 9-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir