8 fevral tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini və səfir müavini Alberto Auradan ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı İdarə Heyətinin sədri Arif Məmmədov nümayəndə heyətini Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının qarşıdan gələn 30 illiyi, eləcə də Meksikanın Beynəlxalq Dəniz Təşkilatının Şurasına 2022-2023-cü illər üçün “C” kateqoriyası üzrə üzv seçilməsi münasibəti ilə təbrik edib.
Daha sonra Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan və Meksika arasında turizmin, ticari-iqtisadi münasibətlərin inkişafı, siyasi, mədəni sahələrdə ikitərəfli münasibətlər, Sakit Okean Alyansı Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.Eyni zamanda görüş çərçivəsində iki ölkə arasında dənizçilərə verilmiş diplom və sertifikatların qarşılıqlı tanınması istiqamətində müzakirələr aparılıb.
ardda.gov.az