Ötən il dünya üzrə pirat hücumlarının sayı 1994-cü ildən bu yana ən aşağı səviyyədə olub. İl ərzində ümumilikdə 132 hadisə qyedə alınıb.
“Seanews.az” “Maritime-Executive” istinadən xəbər verir ki, il ərzində Asiyada 90 quldur hücumu qeydə alınıb. Hadisələrin əksəriyyəti sahildən 6 mil uzaqlıqda, yarısı isə gəmilər lövbərdəykən baş verib. Hücumların 35-i Sinqapur boğazının payına düşür.
Hind okenında pirat hücumları demək olar ki, aradan qalxıb. İl ərzində burada cəmi bir hadisə qeydə alınıb.
Meksika körfəzində 2021-ci ildə bir yaxta və bir neft platformasına hücum təşkil edilib. Lakin, Perudakı Callao və Ekvadordakı Quayaquiledə dəniz quldurları aktivləşib.
Qvineya körfəzində isə hücumların sayı xeyli azalıb. 2020-ci ildə burada 81 hadisə qeydə alınmışdırsa, 2021-ci ildə hücum faktı 34 olub.