Rusiya hərbi gəmilərini təlim üçün Qara dənizə yolladı

171

Rusiyanın Baltik və Şimal donanmasının altı böyük desant gəmisi Aralıq dənizindən Qara dənizə doğru hərəkət edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Onların təlimlərdə iştirak edəcəkləri qeyd edilir:

“Rusiya Hərbi Dəniz Qüvvələrinin iri desant gəmilərindən ibarət bir dəstə Bosfor və Dardanel boğazlarından keçməyə başlayıb. Gəmilər Aralıq dənizindən Qara dənizə keçid edir. Gəmilər orada dəniz təlimlərində iştirak edəcəklər”.

Əlavə edilib ki, hazırda “Korolev”, “Minsk” və “Kalininqrad” iri desant gəmilərinin ekipajları Dardanel boğazındadır. Desant gəmiləri “Pyotr Morqunov”, “Georgi Pobedonosets” və “Oleneqorskiy qornyak” növbəti gün Qara dəniz boğazlarından keçəcək.

Mənbə: İnterfaks