Ümumdünya Vəhşi Təbiət Fondu: Aralıq dənizi planetdə plastik kütlə ilə ən çox çirklənən dənizlərdən biridir

364

Aralıq dənizi planetdə mikroplastik kütlənin ən yüksək qatılığına malik olan dənizlərdən birinə çevrilib ki, bu da onun ekosisteminə öz ciddi təsirini göstərir və 134 dəniz növünün sağ qalmasına təhlükə törədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatında bildirilir.

WWF-in məlumatına görə, praktik olaraq, Aralıq dənizinin bütün ekosistemi plastik kütlə ilə çirklənməyə məruz qalıb və uzunmüddətli perspektivdə bu, balıqçılıqdan asılı olan cəmiyyətlərin iqtisadiyyatı və insan sağlamlığı üçün xoşagəlməz fəsadlar yarada bilər.

Aralıq dənizində yaşayan 100-dən çox dəniz növü plastik kütlə ilə çirklənmənin qurbanıdır. Ən çox zərər çəkən dəniz tısbağaları və dəniz quşlarıdır ki, plastik kütləni udma səbəbindən onların həzm sistemində dəyişikliklər baş verir, bəzən də bu, ölümlə nəticələnir. Əhalini və dəniz növləri üçün həyati vacib elementləri təmin edən mərcan rifləri kimi digər dəniz ekosistemləri də ciddi təhlükə altındadır.

Plastik kütlənin balıq sənayesinə mümkün təsirinə gəlincə, hazırda Aralıq dənizi balığının qidaya tətbiqinin sağlamlıq üçün təhlükəli olması barədə əsaslı sübutlar yoxdur.

WWF-in məlumatına görə, İspaniya Aralıq dənizini plastik kütlə ilə ən çox çirkləndirən beş ölkədən biridir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid