STM şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 4 ədəd “Preveze” sinif sualtı qayıqlarının modernləşdirilməsinin kritik mərhələsini tamamlayıb.
Ordu.az xəbər verir ki, satın alınması lazım olan sistemlərin Dəniz Qəbul Təcrübələri və Layihənin Kritik Dizayn Fazası müvəffəqiyyətlə yekunlaşıb.
Modernləşdirmə layihəsi Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan” TCG Preveze” (S-353), “TCG Sakarya” (S-354), “TCG 18 Mart” (S-355) və “TCG Anafartalar” (S-356) sualtı qayıqlarının modernləşdirilməsini əhatə edir. Layihədə STM-ASELSAN-HAVELSAN və ASFAT Biznes Tərəfdaşlığı tərəfindən təmin edilən bütün məhsulların platforma inteqrasiyası fəaliyyətləri STM-in məsuliyyəti altındadır.