“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.
ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı “Report”a təsdiq edib.