Birbaşa gəmiçilik xətti yola sərf olunan vaxtı xeyli azaldacaq

288

“Seanews.az” xəbər verir ki, Banqladeş BƏƏ ilə mövcud daşıma müddətini azaldacaq və ikitərəfli ticarətdə böyük artıma yol açacaq birbaşa gəmiçilik xətti yaratmağa çalışır. 

Bu haqda Banqladeşin xarici işlər naziri Abdul Momen fevralın 13-də “WAM” xəbər agentliyinə verdiyi eksklüziv müsahibədə danışıb. Nazir deyib:”Biz həmişə Cənubi Asiyada və dünyanın digər hissələri  ilə daha yaxşı əlaqə yaratmağa çalışırıq, çünki əlaqə fayda deməkdir. Banqladeş və BƏƏ arasında daşıma hazırda Sinqapur və Seylon, Şri-Lanka limanları vasitəsilə həyata keçirilir ki, bu da 40-42 gün çəkir. Birbaşa gəmiçilik xətti onu üçdə ikiyədək – təxminən 14 günə qədər azaltmağa imkan verəcək və ikitərəfli ticarətin kəskin artmasına səbəb olacaq. Abdul Momen həmçinin Banqladeşin əsas dəniz limanlarında BƏƏ-nin yükaşırma sahəsindəki təcrübəsindən də geniş istifadə edildiyi vurğulanıb.