“Seanews.az” xəbər verir ki, Cənubi Koreyanın konteyner daşıyan “SM Line” şirkəti “Maersk” və “MSC”-nin daxil olduğu “2M” alyansındakı üzvlüyünün sona çatması ilə əlaqədar may ayında Asiya-ABŞ-ın Qərb sahili ticarətində öz xidmətini işə saldığını elan edib.
“SM Line”şirkəti Los-Angeles, Sietl, Vankuver və Sindau limanlarına daxil olmaqla üç xidməti bir xətdə, Asiya – ABŞ-ın Qərb sahili ticarətində birləşdirir.
“SM Line”, həmişəkindən təqribən 10% çox yük yeri təklif edəcəyini, həmçinin qrafikin dəqiqliyini yaxşılaşdıra biləcəyini düşünür.
Bu ticarət üzrə əməkdaşlıq müqaviləsi “SM Line” və “2M” tərəfindən 2020-ci ilin may ayında imzalanıb.