“Lənkəran Balıq Konserv” ASC səhmdarlarının nəzərinə!

623

“Lənkəran Balıq Konserv” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 1 aprel 2022-ci il saat 14.00-da, Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:

1. “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

2. “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi.

3. Bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqla­rın balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib edilmiş əmlakın (qiymətlilərin) ləğvi aktlarının təsdiq olunmasının müzakirəsi.

4. “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi.

5. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda iştirak etmək vacibdir.

Ünvan- Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 .

“Lənkəran Balıq Konserv” ASC-nin müşahidə (direktorlar) şurası

https://xalqqazeti.com/