Gələn həftə Dardanel boğazı üzərindəki ilk asma körpünün açılış mərasimi keçiriləcək.
APA-nın xəbərinə görə, bunu Türkiyə Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım bildirib.
Binəli Yıldırım “CNN Türk”ə açıqlamasında körpünün inşasının artıq tamamlandığını və fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ad günündə açılacağını bildirib.
Qeyd edək ki, “1915 Çanaqqala” körpüsünün təməli 18 mart 2017-ci il tarixində Lapsekidə qoyulub.
Mərasimdə həmin vaxt Türkiyənin Baş nazir olan Binəli Yıldırım, nəqliyyat dənizçilik və rabitə naziri olmuş Əhməd Arslan və Cənubi Koreyanın infrastruktur və nəqliyyat naziri Ho-İn Kang iştirak edib.
Qeyd edək ki, uzunluğu 3869 metr olan bu asma körpünün qüllələri arasında məsafə Cümhuriyyətin 100 illiyinə uyğun 2023 metrdir. Hündürlüyü 318 metr olan körpünün eni 45,06 metrdir.
Dardanel boğazı üzərindəki ilk asma körpü olan “1915 Çanaqqala” körpüsü ümumilikdə Mərmərə bölgəsində 5-ci asma körpüdür.