Atlantik okeanında, Azor adaları (Portuqaliyanın muxtar bölgəsi) yaxınlığında “Volkswagen Group” istehsalı olan 4 000-ə yaxın premium avtomobili daşıyan “Felicity Ace” yük gəmisi yanıb.
Hadisə fevralın 17-də baş verib. Gəmidə 22 ekipaj üzvü və “Porsche”, “Audi” və “Lamborghini” kimi markalar da daxil olmaqla 3 965 lüks avtomobil olub. İnsanlar gəmidən Portuqaliya hərbi dənizçiləri və dəniz aviasiyası tərəfindən təxliyə edilib.
Portuqaliya Sahil Patrulu təxminən 200 metr uzunluğunda gəminin yanmağa davam etdiyini bildirir.
Mənbə: CNN