Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə gedən 62 konteynerdən ibarət növbəti blok qatarı Bakı Limanına çatıb.
“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-yə istinadən xəbər verir.
Qatarda olan 40 futluq konteynerlərlə kimya sənayesi məhsulları və gübrə daşınır. Yük Türkmənbaşı limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi ilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı -Tbilisi – Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.
Layihə “Asiya və Sakit okean regionu – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir. Ötən il bu marşrut üzrə yükdaşımaların həcmi əvvəlki ilə nisbətən 2 dəfə artıb.