Seanews.az” xəbər verir ki, Niderlandın Dordrext şəhərindəki “Neptune Marine” gəmiqayırma zavodunda “Jan De Nul” şirkəti üçün tikilən “Pancho” hidrodinamik dibdərinləşdirmə gəmisi suya salınıb.
Gəmi Neptun xəttində istismar olunan gəmilərin layihəsi əsasında inşa edilib.
“Pancho” ölçülərinə görə, ənənəvi gəmilərdən daha kiçikdir. Buna görə, digər dibdərinləşdirənlərin istismarı mümkün olmayan limanlarda və çaylarda bu gəmi zəruri dibdərinləşdirmə işləri görə bilər.
“Pancho”-nun istismara verilməsindən sonra “Jan De Nul” şirkətinin donanmasında hidrodinamik dibdərinləşdirmə gəmilərinin sayı beşə çatacaq.