22 fevral 2022-ci il tarixində Bakı Gəmiqayırma Zavodu ilə İran İslam Respublikası Gəmiçilik Şirkəti (İRİSL) arasında görüş baş tutub. Görüşdə İrils Şirkətinin Donanmanın İnkişafı üzrə Direktoru Abdulreza Mohebbi, İranın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alireza Jabbari və onları müşayiət edən nümayəndələrə tamamlanmış layihələr, xüsusilə Ro-Pax tipli bərə gəmisi haqqında geniş məlumat verilib.
Qonaqlar, həmçinin, zavodun ərazisi və istehsal sahələri ilə yaxından tanış olublar.







