Dövlət Dəniz və Liman Agentliyində xidmətlərin elektronlaşdırılması siyasətinin tərkib hissəsi kimi dənizçilərin rahatlığının təmin edilməsi üçün onlayn növbə sistemi yaradılıb. Dənizçilər artıq bu gündən mart ayı üçün növbələrini onlayn sistem vasitəsilə əldə edə bilərlər.
Bunun üçün dənizçilər:
– Dövlət Dəniz və Liman Agentliyinin rəsmi www.ardda.gov.az saytına daxil olmalı;
– Onlayn növbə bölümünü seçməli;
– Uyğun tarix və saatı daxil edərək, qeydiyyatdan keçib, növbə əldə etməlidirlər.
Bu əməliyyatları yerinə yetirdikdən sonra dənizçinin sistemə daxil etdiyi mobil telefon nömrəsinə növbə barədə təsdiq mesajı göndəriləcək. Yeni onlayn sistem aşağıda qeyd olunmuş müraciətlər üzrə aparılacaq:
– Diplomun alınması/imtahan;
– Dənizçi pasportunun verilməsi;
– Diplomun yenilənməsi.
https://www.ardda.gov.az/online/