“Maersk” 2012-ci ildən bəri şirkətin gəmilərindən alınan dəniz meteoroloji məlumatları ictimaiyyətin diqqətinə pulsuz təqdim etməyi planlaşdırır. Şirkətdə düşünürlər ki, dünya elmi ictimaiyyətin öz məqsədləri üçün istifadə edə biləcəyi məlumatlar açıq dəniz havası məlumatlarının həcmini 28% artıracaq.
“Seanews.az” xəbər verir ki, YUNESKO və Ümumdünya Meteorologiya Təşkilatının birgə idarə etdiyi Qlobal Okean Müşahidə Sistemi (GOOS) vasitəsilə doqquz milyon tarixi məlumat ötürüləcək. Bundan əlavə, “Maersk”-in 300 gəmisindən bu sistemə hər gün real vaxt rejimində təxminən 7000 cari hava məlumatı daxil olacaq.
“Maersk” okeanlardan, informasiyanın əsasən peyklərdən qəbul edildiyi və ya oraya girişin məhdud olduğu ərazilərdən hava məlumatlarını təqdim etməklə iqlim tədqiqatı və proqnozlaşdırılmasına kömək etmək niyyətindədir. Müşahidələri 2012-ci ildən bəri okean səthinin istilik rejimlərinin və atmosferlə qarşılıqlı əlaqələrin necə dəyişdiyi barədə daha dəqiq təsəvvür yarada bilər.
“Maersk” şirkətinin Dəniz standartları şöbəsinin rəhbəri Aslak Ross deyib: “Maersk”-in heyətləri illərdir dənizdə hava məlumatlarını toplayır və biz bu müşahidələri bölüşmək və elm adamlarına iqlim dəyişikliyinin ətraf mühitə təsirini daha yaxşı anlamaqda kömək etməkdən qürur duyuruq”.