Qara dənizdə Türkiyəyə məxsus gəmi vurulub

277

Odessa sahillərində Marşal Adaları bayrağı altında üzən Türkiyəyə məxsus “Yasa Yupiter” gəmisinə atəş açılıb.

TNS “İxlas” Agentliyinə istinadla xəbər verir ki, gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirmiş.

Bombanın düşməsi nəticəsində gəminin anbarı zədələnib. Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilir.

Bölgədən uzaqlaşan gəmi Rumıniya istiqamətində yoluna davam edib.

Gəmidə 8 türk, 11 filippin və 11 ukraynalının olduğu bildirilir.