Rusiya Azov dənizində gəmilərin hərəkətini müvəqqəti dayandırıb

218

Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (“Rosmorreçflot”) Azov dənizində gəmilərin hərəkətinin müvəqqəti dayandırıldığını təsdiq edib. Limanlara gəmilərin gəlişi və gedişi dayandırılıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Daha əvvəl Rusiyanın cənubunda yerləşən şəhərlərdə hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.