Dənizçilik Kollecində Xocalı faciəsinin ildönümü qeyd olunub

260

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları 20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilən qanlı faciələrdən biri olan bu qətliamın tarixindən danışıblar. Qeyd olunub ki, bu hadisə nəinki Azərbaycan xalqına, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Tədbir iştirakçıları Xocalı qətliamının gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən də danışıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu çərçivədə həyata keçirilən ən genişmiqyaslı layihədir.

seanews.az