ASCO-nun Qara və Azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib

275

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.

Bunu “Report”un sorğusuna cavab olaraq ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.

“Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.

Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib.

Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – deyə o, qeyd edib.