İspaniya Avropa limanlarını Rusiya gəmiləri üçün bağlamağı təklif edib

269

İspaniya hökuməti Avropa İttifaqının limanlarına Rusiya gəmilərinin girişini dayandırmaq təklifini irəli sürüb.

“Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albares Milli Radioya müsahibəsində bildirib.

Bu təklifi bir çox ölkələrin dəstəklədiyini deyən nazir Ukraynadakı münaqişənin uzun müddət davam edəcəyini vurğulayıb.

Həmçinin İspaniya vətəndaşlarına Rusiyaya səfər etməkdən mümkün qədər daşınmaq tövsiyə olunub.

Qeyd edək ki, bənzər təşəbbüs Litva xarici işlər naziri Qabrielius Landsbergis tərəfindən də səsləndirilib.