Almaniya Baltik dənizinə hərbi gəmilər göndərib

239

Almaniya Hərbi Dəniz Qüvvələrinin Birinci Donanması Ukrayna böhranının kəskinləşməsi ilə əlaqədar NATO-nun şimal cinahını gücləndirmək üçün Baltik dənizinə hərbi gəmilər göndərib.

“Report” xəbər verir ki, Almaniyanın Kil şəhərindəki hərbi dəniz bazasından tapşırıqları yerinə yetirmək üçün “Sulzbach-Rosenberg”, “Datteln”, “Fulda” və “Homburg” mina əleyhinə gəmiləri, “Siegburg” minaaxtaran gəmisi, eləcə də alman donanmasının “Elba” tipli təchizat gəmisi Baltik dənizinə yol salınıb.

Almaniya Hərbi Dəniz Qüvvələri aydınlaşdırıb ki, belə tədbirlərin görülməsinə səbəb hazırda gərginləşən Rusiya-Ukrayna böhranıdır.