Aİ ölkələri bütün limanlarını Rusiya gəmilərinin üzünə bağlayır

251

Avropa İttifaqı (Aİ) ölkələri öz limanlarını Rusiyadan gələn gəmilərin üzünə kollektiv şəkildə bağlamağa hazırlaşır.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd edilir ki, Avropa İttifaqı hava nəqliyyatının dayandırılmasından sonra dəniz məhdudiyyətlərini sərtləşdirməyə qərar verib ki, bu da Rusiyanın kommersiya daşımalarına daha da mane olacaq.

Bazar ertəsi Böyük Britaniya sahib olduğu, idarə etdiyi, kirayə verdiyi, qeydiyyatdan keçmiş və ya Rusiya bayrağı altında üzən bütün gəmilərin Britaniya limanlarına girişini qadağan etmək qərarına gəlib. Kanada Rusiya xam neftinin idxalına qadağa qoymasından bir gün sonra, bu həftənin sonunda limanlarını Rusiyaya məxsus gəmilər üçün bağlayacağını bildirərək çərşənbə axşamı eyni addımı atıb.