Yaponiyaya məxsus taxıldaşıyan gəmi Qara dənizdə hücuma məruz qalıb

258

Yapon şirkətinə məxsus “M/V Namura Queen” taxıldaşıyıcısı Odessa yaxınlığında Qara dənizdə raket zərbəsi nəticəsində zədələnib. Bu barədə Filippinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Seanews.az” xəbər verir ki, gəminin heyətinə 21 filippinli dənizçi daxildir. Onlardan biri toqquşma nəticəsində yıxılıb və həyati təhlükəsi olmayan xəsarət alıb.

Hücumdan sonra gəmi təmir üçün İstanbula gedib.

Filippinin Ankara və İstanbuldakı diplomatik nümayəndəlikləri filippinli dənizçilərin vətənlərinə qayıtmaq qərarına gəldikləri təqdirdə onlara yardım etməyə hazırdırlar.

Fevralın 24-də Türkiyənin “Yasa Yupiter” quru yük gəmisi də hücuma məruz qalmışdı. O vaxt gəmidə olan 11 filippinlidən heç kim xəsarət almamışdı.