“Seanews.az” xəbər verir ki, Yunanıstan Qara və Azov dənizlərində gəmiçilik və dənizçilərin təhlükəsizliyini müzakirə etmək üçün Beynəlxalq Dəniz Təşkilatının (IMO) təcili fövqəladə şurasının çağırılmasını istəyir.
Bu barədə Dəniz donanması naziri Yannis Plakiotakis nazirliyin saytında dərc olunan bəyanatında bildirib.
Yunanıstan Ukraynada böhranın kəskinləşməsi ilə əlaqədar Qara və Azov dənizlərində gəmiçilik və dənizçilərin təhlükəsizliyi üzrə Beynəlxalq Dəniz Təşkilatının təcili fövqəladə şurasının çağırılmasını tələb edib.
“Ölkəmiz Aİ-yə sədrlik edən Fransanın müvafiq təşəbbüsünə, dərhal reaksiya verdi. Daha sonra Aİ-nin digər ölkələri – İtaliya, Belçika, Niderland, Danimarka, Almaniya, Kipr və Malta da bu təşəbbüsə qoşuldular. Analoji sorğu Aİ-nin üzvü olmayan dövlətlər, o cümlədən ABŞ və Avstraliya tərəfindən də təqdim edilib”, – deyə nazir bildirib.