“Sual-Cavab” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) işə qəbul qaydaları barədə bəzi suallara aydınlıq gətirilib.
Belə ki, ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin aparıcı mütəxəssisi Yeganə Nəsibova “ASCO-da vakansiyalar barədə məlumatı hardan əldə etmək olar?”, “Vakansiyalar üzrə necə müraciət etmək mümkündür?”, “Ehtiyat Kadr Bazasında olmaq nə deməkdir?” suallarını cavablandırıb.