Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi xidmətə hazırlanır

221

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi “LHD Anadolu” çoxməqsədli amfibiya gəmisində martın 4-də Türkiyə bayrağının ucaldılması ilə bağlı rəsmi mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tikintisinə 2016-cı il aprelin 17-də başlanılan gəminin uzunluğu 232 metrdir. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olacaq “LHD Anadolu” 27 min ton yükgötürmə qabiliyyətinə malikdir.

Bu ilin dekabrında istifadəyə verilməsi planlaşdırılan gəminin martın 7-də ilk səfərini reallaşdırması və liman qəbulu testləri keçirməsi nəzərdə tutulur.