Heyət üzvləri və onların ailələrinə gün ərzində mənəvi dəstək təklif olunur

244

“SeafarerHelp” Beynəlxalq Dənizçilərə Sosial Yardım Şəbəkəsinin “Qaynar xətt” xidməti  Ukraynadakı hadisələrdən narahat olan heyət üzvləri və onların ailələrinə  gün ərzində (24/7) mənəvi dəstək təklif edir.

“Seanews.az”  “seafarersjournal.com”-a istinadən xəbər verir ki,  dəstəyə ehtiyacı olan dənizçilər və onların yaxınları qaynar xəttə zəng edə bilərlər.

Xidmətlə aşağıdakı qaydada əlaqə saxlamaq olar:

+44 (0)20 7323 2737 nömrəsinə zəng edin və ya www.seafarerhelp.org/callback saytından zəng tələb edin;

help@seafarerhelp.org e-poçt vasitəsilə;

www.seafarerhelp.org saytında canlı söhbət;

“WhatsApp” vasitəsilə +44 (0)7909 470732;

+44 (0)7860 018538 nömrəsinə SMS göndərilə bilər;

“Qaynar xətt”in “Facebook” (facebook.com/seafarerhelp), “VKontakte” (vk.com/seafarerhelpclub) və “Skype” (info-seafarerhelp.org) sosial şəbəkələrində hesabları var.