İki yanacaqla işləyəcək iki böyük bərədən birincisi suya buraxılıb

250

“Mitsubishi Heavy Industries” (MHI) qrupuna daxil olan “Mitsubishi Shipbuilding” şirkəti “MOL” üçün tikilən və mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək iki böyük bərədən birincisini  suya buraxıb.

“Seanews.az” xəbər verir ki,  “Sunflower Kurenai” adlı gəminin uzunluğu 199,9, eni 28 metrdir və hər dəfə səfərə 716 sərnişin, təxminən 137 yük maşını və  100 minik avtomobili ilə çıxacaq.

Əsas mühərrik iki yanacaqla – həm mayeləşdirilmiş təbii qazla, həm də A tipli yanacaqla işləyə bilər.

“Mitsubishi Heavy Industries Group” enerji, logistika, sənaye mühəndisliyi, aerokosmik və müdafiə sənayesi ilə məşğul olur.