Rövşən Nəcəf: “SOCAR təbii qaz ixracını bir ildə 65 % artırıb”

336

2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 510,1 milyon kubmetr təbii qaz ixrac edib.

“Report”un məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti, Şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, yanvar-fevral ayları ərzində SOCAR üzrə təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 % artıb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-fevral aylarında SOCAR 309,4 milyon kubmet təbii qaz ixrac edib.