Bakı Limanı Avropa İttifaqı ilə birlikdə yeni layihələr icra etmək istəyir

274

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının (Aİ) dəstəyi ilə yeni layihələr icra etmək istəyir.

“Report” xəbər verir ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Aİ-dan layihələrin davam etdirilməsini gözləyirik. Əməkdaşlığımız 2016-cı ildə başlayıb və bir sıra sahələrdə faydasını görmüşük. Dünya dəyişir, 2030-2035-ci illərdə daha fərqli olacaq. Önümüzdəki 10 ili indidən planlaşdırmaq lazımdır. Azərbaycan Aİ ilə birlikdə 2035-ci ilə “Net Zero Emission” hədəfini qarşıya qoyub. Biz bu hədəfə çatmaq üzərində işləyirik. Hədəf ölkəmizin “yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməsinə imkan verəcək”, – deyə o, qeyd edib.