Beynəlxalq Gəmiçilik Palatası və Beynəlxalq Dəniz Təşkilatı dənizçilərin işinə mane olmamağa çağırıb

350

Beynəlxalq Gəmiçilik Palatası (ICS), eləcə də Beynəlxalq Dəniz Təşkilatı (IMO) dənizçilərin normal işinə mane olmamağa çağırıb.

“Seanews.az” bu barədə xarici KİV-lərə istinadən xəbər verir.  

“Hazırda ticarət donanmasının 74 000 gəmisində 1,9 milyon dənizçi çalışır”, – ICS-in bəyanatında deyilir. – Bunların 10,5%-i ruslar, 4%-i isə  ukraynalılardır. Dünya ticarətinin demək olar ki, 90%-i, o cümlədən ərzaq, yanacaq və dərman preparatları dəniz yolu ilə daşınır. Bu ticarəti davam etdirmək üçün dənizçilər dünyada maneəsiz sərbəst hərəkət edə bilməlidirlər.

Oxşar müraciəti Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim də edib. O qeyd edib ki, baş verənlər günahsız dənizçilərə və liman işçilərinə mənfi təsir göstərməməlidir.

“Gəmiçilik, xüsusən də dənizçilər, böyük siyasi və hərbi böhranda girov olmamalıdırlar”,- deyə Baş katib bildirib.