Taleh Ziyadov: “Zəngəzur dəhlizi Azərbaycanı ticarət mərkəzinə çevirəcək”

309

“Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa dəhlizdir. O, Şərq-Qərb dəhlizinin inkişafına yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanın regional ticarət mərkəzinə çevrilməsi coğrafi mövqeyi cəhətdən vacibdir və Bakı Limanı burada öz rolunu oynayacaq”, – deyə o, qeyd edib.