Xəzər dənizində zəlzələ olub.
Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:04-də 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.