ASCO-nun gəmiləri pandemiya başlayandan mütəmadi dezinfeksiya olunur

192

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dezinfeksiya işləri davam etdirilir.

Müəyyənləşdirilmiş qrafik əsasında ASCO-nun həm Dəniz Nəqliyyatı Donanmasına, həm də Xəzər Dəniz Neft Donanmasına aid gəmiləri xüsusi kimyəvi məhlulla yuyulur və dezinfeksiya olunur.

Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilir.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması, heyət üzvlərinin və gəmilərdən istifadə edən digər şəxslərin sağlamlığının qorunması məqsədilə dezinfeksiya prosesi bundan sonra da davam etdiriləcək.  

asco.az