Rusiyanın Azov dənizi sahillərindəki Türkiyəyə məxsus 18 gəmi ilə bağlı yeni məlumatlar yayılıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, 18 gəmidən 17-si Türkiyəyə qayıdır.
Qeyd edək ki, fevralın 24-dən etibarən Türkiyəyə məxsus gəmilər Azov dənizi sahilində olub.