bp şirkəti dünyada baş verən hadisələrə baxmayaraq, Azərbaycanda layihələrin reallaşdırılmasına sadiqdir.
Bunu Trend-ə bp-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Biz Azərbaycandakı layihələrimizə sadiqik. Dünyada baş verən hadisələrin inkişafından asılı olmayaraq, bizim Azərbaycanla imzalanmış sazişlərə əsasən cari layihələr üzrə öhdəliklərimiz var. Biz bu öhdəliklər çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, bp Azərbaycanda bir neçə iri neft-qaz layihələrinin iştirakçısıdır. Şirkət “Azəri-Çıraq-Günəşli” neft-qaz və “Şahdəniz” qaz-kondensat yataqlarının operatorudur.
Bundan başqa, bp Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələrinin, D230, Abşeron yarımadasının dayazsulu hissəsində perspektiv strukturların iştirakçısıdır.
Trend