Dəniz yanacağının bahalaşması beynəlxalq konteyner operatorları üçün əlavə xərclərlə nəticələnəcək

262

Beynəlxalq konteyner daşıma operatorları üçün hazırkı böhran vəziyyətində ən böyük risk dəniz yanacağının qiymətlərinin artması ilə bağlıdır.

“Seanews.az” xəbər verir ki,  bu barədə “Hapag Lloyd”-un rəhbəri Rolf Hubben danışıb.

Onun sözlərinə görə, əvvəllər bir ton dəniz yanacağının qiyməti təxminən 500 dollar idisə, indi bir ton üçün 1000 dollara yüksəlib.

Şirkətin rəhbəri bildirib ki, “Hapag Lloyd” ildə təxminən 4,5 milyon ton yanacaq istehlak edir. Qiymət artımı şirkət üçün 2-2,5 milyard dollar məbləğində əlavə xərclərə səbəb olacaq.

“Hapag-Lloyd AG” xətti konteyner daşımalarında ixtisaslaşmış alman nəqliyyat şirkətidir. Şirkət 1970-ci ildə iki alman gəmiçilik şirkətinin – 1847-ci ildə əsası qoyulmuş “Hamburg America Line” (“HAPAG”) və 1856-cı ildə qurulan “North German Lloyd” (“NGL”) şirkətlərinin birləşməsi nəticəsində yaradılmışdır.