Suda sağ qalmaq uğrunda mübarizə təlimi – VİDEO

337

Qəza hallarında qayıq və ya sal olmadıqda dənizçilər fərdi xilasetmə vasitəsi ilə gəmini tərk etməli olurlar. Bu zaman xilasedicilərin, ya da təsadüfən ərazidən keçən nəqliyyat vasitəsinin diqqətini cəlb etmək üçün suda qalan insanlar bir yerə toplaşaraq ulduz formasını alırlar.

Bütün bunlar dənizçilərə “Suda sağ qalmaq uğrunda mübarizə” təlimində izah edilir. Təlimi ASCO-nun Təlim Tədris Mərkəzinin hovuzunda peşəkar müəllimlər aparırlar.

asco.az