Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS) təsnifat cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ryan Salamati arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərməsinə razılıq verilmiş “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS) təsnifat cəmiyyəti ilə əməkdaşlığın mövcud vəziyyəti, rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə gəmilərə texniki nəzarət sahəsində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.
Həmçinin təsnifat cəmiyyətinə məxsus NS menecment sistemi ətrafında müzakirələr və ABS təsnifat cəmiyyəti tərəfindən Dövlət Dəniz və Liman Agentliyinin işçi heyətinə peşəkar təlimlərin keçirilməsi ərtafında fikir mübadiləsi aparılıb.
ardda.gov.az