Konteynerdaşıyan gəmi ABŞ-ın sahillərində saya oturub

370

Tayvanın “Evergreen Marine Corporation” tərəfindən idarə olunan 334 metr uzunluğunda konteyner gəmisi “Ever Forward” ABŞ-ın Şərq sahilində saya oturub.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi Baltimor limanını tərk etdikdən bir müddət sonra Gibson adasının yaxınlığındakı Çesapik körfəzində baş verib.

Operator gəminin dibinin və gövdənin vəziyyətini yoxlamaq üçün dalğıclardan istifadə etmək niyyətindədir. Hələlik su sızması əlaməti yoxdur. Şirkət həmçinin ABŞ səlahiyyətliləri ilə gəminin mümkün qədər tez saydan çıxarılmasının təşkilü üzərində çalışır.

Konteynerdaşıyan körfəzdə gəmilərin hərəkəti üçün problem yaratmır.