İran sahillərində BƏƏ-nin gəmisi batıb, 30 nəfər itkin düşüb

276

İran sahillərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında üzən gəmi batıb.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İranın yerli hakimiyyət nümayəndələri bildirib.

Məlumata görə, gəminin göyərtəsində 30 nəfər olub.

Bildirilib ki, İranın axtarış-xilasetmə xidməti əməliyyat keçirir, axtarışa helikopter cəlb edilib.

Gəmidəki sərnişinlərin hamısının xilasedici gödəkçədə olduqları da qeyd olunub.