“Lukoil”un Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib

362

Rusiyanın “Lukoil” şirkətinin Direktorlar Şurasının üç əcnəbi üzvü şirkəti tərk edib.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, Avstriyanın keçmiş kansleri Volfqanq Şussel, “TTG Global” MMC-nin Prezidenti Tobi Qati, Rusiya-Britaniya Ticarət Palatasının Direktorlar Şurasının sədri Rocer Munninqs “Lukoil” şirkətinin Direktorlar Şurasını tərk edib.

Hazırda şirkətin Direktorlar Şurasında 11 deyil, cəmi 8 nəfərin adı var.