ABŞ-dan Rusiyaya gəmi mühərriklərinin tədarükünə qoyulan qadağa qüvvəyə minib

344

Martın 16-dan etibarən ABŞ-ın siyahıda gəmi mühərriklərinin də daxil olduğu malların Rusiyaya tədarükünə qoyduğu qadağa  qüvvəyə minib.  Aİ tərəfindən dərc edilən oxşar siyahıda da dəyəri 50 min avrodan çox olan sərnişin gəmiləri, eləcə də onlar üçün ehtiyat hissələri daxildir. Tədbir kruiz gəmiləri, gəzinti qayıqları və oxşar gəmilərə, həmçinin bərələrə şamil edilir. Aİ-nin qadağası dərc edildikdən bir gün sonra, yəni martın 15-də qüvvəyə minib.

“Seanews.az” xəbər verir ki, Rusiya “MAN”, “Wartsila”, “Rolls-Royce”, “Doen” və “Twin Disk Arneson” gəmi mühərriklərini idxal edir. Bundan əlavə, Rusiya şirkətlərinin məlumatına görə, aşağıdakı avadanlıqlar: əsas və köməkçi mühərriklər, göyərtə avadanlığı, ballast suyunun təmizlənməsi sistemləri, duzsuzlaşdırıcılar və suyun dezinfeksiyaediciləri, hərəkət sistemləri, çirkab suların təmizlənməsi sistemləri, yanacaq kollektorları, soyuducu avadanlıqlar, nasoslar və klapanlar, sükanlar və sükan qurğuları, təmizləyicilər və işlənmiş qaz katalizatorları idxal olunur.