Qeyri-sabit hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ

178

Bakıda və Abşeron yarımadasında bu gün səhərdən başlayaraq sabahadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.